BNA əməkdaşları işıq sönən zaman sürücülərə kömək edib - VİDEO
27.02.2020 16:39 Cəmiyyət

BNA əməkdaşları işıq sönən zaman sürücülərə kömək edib - VİDEO

"MediaPost" xəbər verir ki, svetaforların işi dayanan zaman Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları Qara Qarayev prospektində sürücülərə yolayrıcını keçməkdə köməklik göstərib.

Qeyd edək ki, bu gün Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. Fasiləyə səbəb isə "Azərenerji" ASC-dən qidalanan 110 kVt-luq yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması olub.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm