"Boeing 777" təyyarəsinin motoru yenə partladı
26.02.2021 14:41 Dünya

"Boeing 777" təyyarəsinin motoru yenə partladı

ABŞ-da "United Airlines"a aid "Boeing 777-200" tipli sərnişin təyyarəsinin motorunun partlamasından sonra bu gün "Rossia Airlines"ın "Boeing 777" tipli təyyarəsində problem meydana gəlib.

"MediaPost" xəbər verir ki, Honq Konqdan Madridə karqo daşıyan "Boeing 777"nin son qanad motorunda yaranan problem səbəbilə təyyarə Moskvada təcili eniş edib.

Bildirilib ki, karqo başqa bir təyyarə ilə Madridə göndəriləcək. 

Bununla yanaşı mütəxəssislər motordakı problemlə bağlı araşdırma aparacaq.

Anara Mikail

Gündəm