Bolqarıstanın baş nazirinin təyyarəsi qəza enişi edib
15.11.2019 13:39

Bolqarıstanın baş nazirinin təyyarəsi qəza enişi edib

Bolqarıstanın baş naziri Boyko Borisovun olduğu təyyarə Sofiya hava limanında qəza enişi edib.

Trend-in məlumatına görə, insident naviqasiya sistemindəki qüsurdan qaynaqlanıb.

Təyyarə hava limanına yaxınlaşarkən naviqasiya sistemi tamamilə sıradan çıxıb. Pilotlar sistemi təkrar işə sala bilmədikləri üçün idarəetməni adi rejimə keçirib.

Eniş uğurla başa çatıb, xəsarət alan olmayıb.

Təyyarədə baş nazirlə yanaşı digər hökumət nümayəndələri də olub.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm