Bosniya və Herseqovina baş naziri koronavirusa yoluxub
07.11.2020 17:32 Dünya

Bosniya və Herseqovina baş naziri koronavirusa yoluxub

Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Zoran Tegeltiyanın koronavirus test nəticəsi pozitiv çıxıb.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti açıqlama verib.

"Tegeltiya COVID-19 testindən keçib, analizləri müsbət nəticələnib. O, hazırda evdə təcrid olunub, səhhəti stabildir və simptomları mülayimdir. Nazirlər Kabineti bütün lazımi qorunma tədbirlərini görüb",-deyə açıqlamada qeyd olunub.

Xəbərlər şöbəsi

Gündəm