BP: "ACE platformasının tikintisi Xəzərin enerji təhlükəsizliyin təmin olunmasına töhvə verəcək"
21.11.2023 12:24 Energetika

BP: "ACE platformasının tikintisi Xəzərin enerji təhlükəsizliyin təmin olunmasına töhvə verəcək"

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda tikilən "Azəri Mərkəzi Şərqi" (ACE) platformasının tikintisi layihəsi Xəzər dənizində enerji təhlükəsizliyin təmin olunmasına töhvə verəcək.

MediaPost-un məlumatına görə, bunu "BP-Azərbaijan" şirkətinin maliyə məsələləri üzrə vitse-prezidenti Kolin Alanbu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bu layihə çərçivəsində işlər davam etdirilir və platformadan neftin hasilatına gələn il başlanılacağı planlaşdırılır: "6 milyard ABŞ dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir".

Qeyd edək ki, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Xəbərlər departamenti

Gündəm