"Brent" 57 dollara yüksəldi
13.01.2021 09:14 Energetika

"Brent" 57 dollara yüksəldi

Dünya bazarında neft ötən gündən kəskin bahalaşmaqdadır.

"MediaPost" xəbər verir ki, hazırda Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 1 barelə görə 1,31% artaraq 57,32 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin fevral fyüçerslərinin 1 barelinin qiyməti 0,15% artaraq 53,82 dollar təşkil edib.

Xəbərlər departamenti

Gündəm