Brent markalı neftin qiyməti 71 dollar həddini ötüb
01.06.2021 20:48 İqtisadiyyat

Brent markalı neftin qiyməti 71 dollar həddini ötüb

İyunun 1-də dünya bazarlarında neftin qiyməti ötən günlə müqayisədə 3 faizə yaxın artıb.

"MediaPost"un məlumatına görə, Brent markalı neftin qiyməti 71,04 dollar/barelədək çatıb.

Bu, martın 8-dən etibarən qeydə alınan ən yüksək qiymət olub.

Eyni zamanda, WTI markalı neftin qiymətio 3,3 faiz bahalaşaraq 68,5 dollar/barelə çatıb.

Xəbərlər şöbəsi

Gündəm