Brent markalı neftin qiyməti düşdü
05.04.2021 21:39 Energetika

Brent markalı neftin qiyməti düşdü

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:35 (GMT+4) üçün 5,06 faiz ucuzlaşaraq 61,58 dollar/barel təşkil edib.

"MediaPost" "TASS"a istinadən verdiyi məlumata görə, saat 20:39 üçün "Brent" markalı neftin qiyməti düşməyə davam edib və 61,51 dollar səviyyəsində alınıb-satılıb, bu isə öncəki sessiya ilə müqayisədə 5,16 faiz daha ucuzdur.

"WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 5,73 faiz ucuzlaşaraq 57,93 dollar/barel təşkil edib.

Xəbərlər şöbəsi

Gündəm