“Brent” neftinin qiyməti 66 dolları ötdü
23.02.2021 09:33 Energetika

“Brent” neftinin qiyməti 66 dolları ötdü

ABŞ-da neft hasilatının tam bərpası ilə bağlı qeyri-müəyyənliklər dünya bazarında neftin qiymətini artırmaqda davam etdirir. 
"MediaPost" xəbər verir ki, hazırda Londonun "ICE Futures" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqavilələrinin dəyəri 1 barelə görə 1,85% artaraq 66,45 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin aprel fyüçerslərinin 1 barelinin qiyməti 3,80% artaraq 61,49 dollar təşkil edib.
 

Xəbərlər departamenti

Gündəm