“Brent” nefti yenidən 40 dollara yüksəlib
Qlobal bazarlarda neftin qiyməti ötən həftə kəskin azaldıqdan sonra ABŞ-da prezident seçkiləri səbəbindən artmağa başlayıb.
"MediaPost" xəbər verir ki, saat 9:30-a olan məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin yanvar fyuçerslərinin dəyəri 2,22% artaraq 1 barelə görə 40,59 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dekabr fyuçerslərinin 1 barelinin qiyməti isə 2,26% artaraq 38,51 dollar təşkil edib.