Brilliant Dadaşova Hüseynbala Mirələmovu müdafiə etdi
24.04.2021 10:55 Şou-biznes

Brilliant Dadaşova Hüseynbala Mirələmovu müdafiə etdi

Xalq artisti Brilliant Dadaşova bir neçə gündür qeyri-etik videosu ilə gündəmdə olan sabiq millət vəkili Hüseynbala Mirələmovu müdafiə edib.

“MediaPost” xəbər verir ki, sənətçi İnstaqramda “show news” səhifəsində H.Mirələmova tənqid yazanlara hörmətlə yanaşmağı tövsiyyə edib:

“Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur? Öldürməsələr, əl çəkməyəcəklər”.

Qeyd edək ki, Mirələmov ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Qeyri-etik video universitetin Elmi Şurasının onlayn iclası zamanı çəkilmişdi. Həmin görüntülərdən sonra H. Mirələmov tutduğu bütün vəzifələrdən uzaqlaşdırılıb.

Pərviz Hüseyn

Gündəm