Brilliant, Tünzalə, Miri Yusif "Muğam" üçün bir arada - <span>VİDEO/FOTO</span>
18.03.2021 16:51 Mədəniyyət

Brilliant, Tünzalə, Miri Yusif "Muğam" üçün bir arada - VİDEO/FOTO

Azərbaycanın məşhur simaları milli sərvətimiz olan muğamlarımızın adını daşıyan ətir nümunələri ilə yaxından tanış olublar. 

"MediaPost"a verilən məlumata görə, bir müddət öncə "Mugham" parfüm evinin heyəti fransız mütəxəssislərlə  bir araya gələrək Fransada 7 muğamın adına fərqli ətirlər yaradıb. "Mugham" brendi adı ilə satışda olan "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati-Shiraz", "Shushtar" və "Humayun" parfümləri hər kəsin marağına səbəb olub. 

"Mugham" parfümün təqdimat mərasiminə qatılan xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Miri Yusif, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Zamiq və xeyriyyəçi Hacı Nuran zövqlərinə uyğun ətirləri seçərək şəxsi kolleksiyalarına əlavə ediblər. 

Musiqiçilərin fikrincə, bir-birindən fərqli 7 muğamın adına özəl olaraq hazırlanan ətirlərin qoxusu da həm fərqli, həm də valehedicidir. 

Xalq artisti Brilliant Dadaşovanın sözlərinə görə, onun ətir kolleksiyasına ilk daxil olan "Mugham" parfümün "Bayati-Shiraz" növü olub. "Özüm üçün almışdım, amma bacım Sədaqət bizə gələndə qoxusunu hiss edən kimi əlimdən aldı. Bu dəfə 7-si bir bağlamada olanı seçəcəm ki,  heç olmasa biri özümə qalsın". 

Xalq artisti Tünzalə Ağayeva isə "Bayatı-Shiraz" ətrinin elə həmin muğama bənzədiyini söyləyib: "Hiss olunur ki, bu parfümlər hazırlanarkən xüsusi dəqiqliklə yanaşılıb. Çünki muğamlarımıza aid incə nüansları bu ətirlərin qoxusunda duymaq mümkündür". Hamısına valeh olan sənətçi seçim etməkdə çətinlik çəkdiyi üçün bütün ətirlərin olduğu dəsti alıb. 

"Rast" adının mənim həyatımda özəl yeri var, inanıram ki, parfüm də elə olacaq. Ona görə də birinci məhz "Rast"la tanış olmaq istəyirəm". 

Bu sözləri əməkdar artist Sevda Ələkbərzadə "Mugham" parfümləri ilə tanış olarkən deyib. 7 ətrin hər birini bəyənən müğənninin son qərarı özəl hesab etdiyi "Rast" olub. 

Xalq artisti Miri Yusif "Shur" ətrindən vuraraq böyük səhnələrdə eyni adlı muğamı ifa etmək arzusunda olduğunu etiraf edib. 

Müğənni Zamiqin fikrincə "Rast"dakı sərtliklə incəliyin ahəngi çox möhtəşəm alınıb. O, bu ətir haqqında danışarkən "sərt olmasına baxmayaraq, insanın ruhunu oxşayan qoxudur" sözlərini əlavə edib. 

Qeyd edək ki, "Mugham" parfum Fransada Azərbaycanın əmtəə nişanı ilə istehsal olunan yeganə yerli brenddir.

 

Xəbərlər şöbəsi

Gündəm