“Britaniya ştammı” gənclərə daha çox təsir edir
04.03.2021 00:16 Dünya

“Britaniya ştammı” gənclərə daha çox təsir edir

İtaliyada koronavirusa görə tətbiq edilən qadağalar uzadılıb.

"MediaPost" “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  bu qərarı fevralın 13-də hakimiyyətə gələn Baş nazir Mario Draqi verib.

O, COVID-19 və onun daha yoluxucu növləri ilə mübarizə aparmaq üçün yeni fərman verərək, mövcud sərt tədbirləri əlavə tədbirlərlə yeniləyib və karantin müddətini 6 aprelə qədər uzadıb.

Buna əsasən, çox yüksək riskli (qırmızı) zona elan edilən yerlərdə bütün məktəblərdə distant təhsil tətbiq ediləcək.

6 mart tarixindən etibarən qırmızı sahələrdə ticarət mağazaları, gözəllik salonları, bərbərxanalar açılmayacaq.

İtaliya Səhiyyə naziri Robert Spenza koronavirusun “Britaniya ştamı”nın gənclərə daha çox təsiri barədə xəbərdarlıq edib.

Xəbərlər şöbəsi

Gündəm