Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı ən yüksək həddə çatdı
20.01.2021 20:52 Dünya

Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı ən yüksək həddə çatdı

Böyük Britaniyada son sutka ərzində 1820 nəfər koronavirusdan həyatını itirib. 

Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. Bundan öncəki ən yüksək göstərici isə dünən 1610 nəfərin ölümü ilə qeydə alınıb. 

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb. 

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 93 290 nəfərdir.

Son sutka ərzində 38 905 nəfər koronavirusa yoluxub. Bununla da  koronavirusa yoluxanların ümumi sayı 3 505 754 nəfərə çatıb.

Xəbərlər departamenti

Gündəm