BŞBPİ: İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstədir
27.11.2019 13:47

BŞBPİ: İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstədir

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.

İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, BŞBPİ Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) və 37-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci PŞ-nə təhvil veriblər.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuriyeviç 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı Xətai RPİ 37-ci PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm