BŞİH mitinqlə bağlı müraciətə cavab verdi
26.02.2020 13:40 Daxili siyasət

BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

"Report" xəbər verir ki, müraciətə BŞİH-də baxılıb və onlara fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi" İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm