Bu aviaşirkət Azərbaycandan ucuşları dayandırıb
02.03.2020 08:19 İqtisadiyyat

Bu aviaşirkət Azərbaycandan ucuşları dayandırıb

"MediaPost “Report”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi direktivə əsasən, məhdudiyyət fevralın 27-də qüvvəyə minib.

Məhdudiyyətlər Çin (həmçinin Honkonq və Makao), İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Somali və Vyetnamın turist vizalarına sahib olan vətəndaşlarına şamil edilir.

Bununla yanaşı, aviaşirkətdən məhdudiyyətlərin Məkkəyə ümrə ziyarətinə getmək istəyən insanlara da şamil edildiyi bildirilib.

Daha əvvəl Səudiyyə Ərəbistanı 22 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Son rəsmi məlumata görə, Azərbaycanda 3 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Xəbərlər departamenti

Gündəm