Bu dəfə Aslıxanla oxudu - <span>VİDEO</span>
24.04.2021 12:19 Şou-biznes

Bu dəfə Aslıxanla oxudu - VİDEO

Müğənni Ayaz Babayev “Nə üçün belə” adlı yeni mahnısını təqdim edib.

“MediaPost” xəbər verir ki, ifaçı bu dəfə reper Aslıxanla işbirliyi qurub. “Nə üçün belə"nin sözləri Miro və Aslıxana, musiqisi isə Miroya aiddir. Klipdə ifaçının tərəf müqabili aktrisa Nərgiz Əliyevadır.

Klipin rejissoru Fərman Bəşirli, operatoru Asəf Rəhimlidir.

Qeyd edək ki, Ayaz Babayevin sözügedən klipi də öncəki kimi "YouTube" trendinə düşüb.

 

Pərviz Hüseyn

Gündəm