Bu, Ermənistanın Qərb imperializminə tam təzim etdiyini göstərir: İrəvan Moskva və Kiyev arasındakı münasibətlərdə bütün hədləri necə aşdı?
20.11.2023 17:00 Dünya Siyasət

Bu, Ermənistanın Qərb imperializminə tam təzim etdiyini göstərir: İrəvan Moskva və Kiyev arasındakı münasibətlərdə bütün hədləri necə aşdı?

Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyayönlü mənbələrə istinadən məlumat yayıb. Amma Ermənistanın Ukraynaya nə qədər “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil. Mənbələr Ermənistan hökumətinin KTMT-dən çıxmağa hazırlaşdığını da iddia edir.

Bəs görəsən, Ermənistanın Ukraynaya silah verməkdə məqsədi nədir? Bunu, Rusiyaya "göz dağı" vermək istəməsi kimi xarakterizə edə bilərikmi?

Mövzunu "MediaPost"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın bütövlükdə ABŞ-ın köməyi ilə Ukraynaya hərbi yardım göstərməsi Moskva və Kiyev arasındakı münasibətlərdə bütün hədlərin aşılması demək olacaq:

alt text

"Odur ki, Rusiyanın açıq-aşkar düşmən siyasəti həzm edəcəyinə inanmıram. Bu, yəqin ki, Rusiya-Ermənistan münasibətlərindəki ikitirəliyi və gərginliyi daha da artıracaq. Amma hələlik bu barədə yayılan məlumatın nə qədər ciddi olduğu da sual altındadır. Çünki bu gün Ermənistan nə qədər Rusiyaya nifrət edən siyasət həyata keçirsə də, rəsmi İrəvanın açıq-aşkar Kremli prosesdə qızışdırmaq üçün cəsarətinin olmadığını nəzərdən qaçırmamalıyıq. Hərçənd Ermənistan xəyanətkar bir dövlət olduğu üçün nəzərə almaq lazımdır ki, Rusiyanın İrəvana verdiyi silah-sursatı Qərb vasitəsilə Ukraynaya ötürmək ehtimalları da mövcuddur. Yəni bir tərəfdən Ermənistan hakimiyyətinin qorxaqlığını nəzərə aldıqda bu məsələ ağılabatan və inandırıcı görünmür, digər tərəfdən isə İrəvanda siyasi ikiüzlülük dövlət siyasətinin önündə dayandığı üçün haqlı şübhələr yaranır. Bu yardım təbii ki, Ermənistanın Qərb imperializminə tam təzim etdiyini göstərir. Bütövlükdə, hesab edirəm ki, iki ölkə arasındakı münasibətləır daha da gərginləşəcək. Amma Erməınistan KTMT-dən çıxmağa da cəsarət gösrtərə bilmir. Çünki təşkilatla konkret müqaviləsi mövcuddur. Həmin müqavilə İrəvanın təşkilatdan birdən-birə çıxması hallarını istisna edir. Hərçənd Ermənistan KTMT-də qalsa da, təşkilatın tədbirlərinə qatılmır".

Müşviq Tofiqoğlu

Gündəm