Bu gecə El-Klasiko olacaq - Hansı futbolçular oynamayacaq?
"MediaPost"un məlumatına görə, Madriddə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 2 mart, saat 00:00-da start götürəcək.
Turnir cədvəlində "Barselona" 55 xalla liderdir, "Real Madrid" isə 53 xalla 2-ci yerdə qərarlaşıb.
"Real Madrid"in heyətində Eden Azar və Marko Asensio zədəli olduğu üçün meydana çıxmayacaqlar. Luka Yoviç isə iştirak ərizəsinə salınmayıb. Həmçinin Rodriqo qırmızı vərəqə aldığı üçün matçı buraxacaq.
"Barselona"dan isə Usman Dembele, Luis Suares və Serxi Roberto zədə səbəbindən mübarizədən kənarda qalacaq.
İspaniya çempionatı, XXVI tur
2 mart
00:00. "Real Madrid" - "Barselona"
Baş hakim: Antonio Migel Mateu Laos
Madrid, "Santyaqo Bernabeu" stadionu