"Bu gün Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir"
11.06.2021 16:26 Xarici siyasət

"Bu gün Azərbaycanla Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir"

"Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlər müvəffəqiyyətlə inkişaf edir, dostluq əlaqələrimiz gündən-günə genişlənir. Dövlətlərarası münasibətlərimizin formalaşmasında, hərtərəfli inkişafında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük rolunuz vardır".

"MediaPost" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə ünvanladığı təbrik məktubunda yer alıb.

"İnanıram ki, dərin kökləri olan və möhkəm təməllər üzərində qurulmuş bu əlaqələr, bir sıra mühüm sahələrdə əməkdaşlığımız bundan sonra da ardıcıl olaraq inkişaf edəcək və genişlənəcəkdir", - məktubda qeyd olunub.

Xəbərlər departamenti

Gündəm