Bu gün bəzi DSK-ların nəticələri ləğv ediləcək
13.02.2020 08:00 Daxili siyasət

Bu gün bəzi DSK-ların nəticələri ləğv ediləcək

"MediaPost"un “Qafqazinfo”ya istinadən məlumatına görə, araşdırmalara əsasən, bəzi məntəqələrin, hətta Dairə Seçki Komissiyalarının nəticələrinin ləğv edilməsi gözlənilir.

Artıq Dairə Seçki Komissiyalarının verdiyi qərarlardan narazı olan namizədlərin şikayətləri Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb. Bununla bağlı MSK-nın keçiriləcəyi iclaslardan biri də bu gün təyin edilib.


Oxu: Hadı Rəcəblinin nəticələrinin ləğvi xəbərinə MSK-dan AÇIQLAMA


Xatırladaq ki, prezident İlham Əliyev dünən Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşü zamanı parlament seçkilərindən də danışıb. Dövlət başçısı pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib.


Oxu: Üç seçki məntəqəsinin nəticələri ləğv olundu


Bu arada bildirək ki, Seçki Məcəlləsinə əsasən, ilkin şikayəti məntəqə seçki komissiyasına edilir. Namizəd məntəqənin qərarından narazı qaldıqda Dairə Seçki Komissiyasına, DSK-nın qərarından narazı olduqda Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Əgər namizəd Mərkəzi Seçki Komissiyasının qərarından da narazı qalarsa, Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Namizəd DSK-nın qərarını aldıqdan sonra 3 gün müddətində ərizəsini MSK-ya göndərməlidir. Hətta namizədlər Dairə Seçki Komissiyasının hərəkətsizliklərindən də MSK-ya müraciət edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekunvurulması səsvermə günündən ən geci 20 gün keçənədək, yəni fevralın 29-dək Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) seçkilərin nəticələrini təsdiq etməlidir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm