“Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur” - Prezident
10.11.2020 03:40 Qarabağ Azərbaycandır

“Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur” - Prezident

"Bu gün ölkəmiz üçün çox tarixi gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur". 

"MediaPost" xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"İndi imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində hesab edirəm ki, son nöqtə olacaq", - deyə dövlət başçısı bildirib.

Xəbərlər şöbəsi

Gündəm