Bu gün Od çərşənbəsidir
02.03.2021 00:05 Cəmiyyət

Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

"MediaPost" xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Xəbərlər şöbəsi

Gündəm