Bu gün Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlayacaq
16.01.2020 06:05 Xarici siyasət

Bu gün Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlayacaq

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikaçı əksəriyyətin lideri Mitç Makkonel bildirib.

Senatda çıxış edən Makkonnell bildirib ki, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 21:00-da) Nümayəndələr Palatasından olan ittihamçıları dinləyəcəklər. Palatanın üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Həmin gün senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm