Bu gündən açılan iş yerləri - SİYAHI
27.04.2020 07:08 Cəmiyyət

Bu gündən açılan iş yerləri - SİYAHI

Xəbər verdiyimiz kimi, bu gündən etibarən karantin qaydaları yumşaldılır və bəzi iş yerlərinin fəaliyyəti bərpa olunur.

"MediaPost" nun məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

  • fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
  • kitab satışı
  • qəzet satışı
  • dəftərxana mallarının satışı
  • çap və sürətçıxarma fəaliyyəti
  • fotoatelye/fotostudiyalar
  • fərdi mənzillərdə təmizlik xidmətləri
  • dərzi xidmətləri
  • kosmetika və ətriyyat satışı
  • geyim satışı
  • ayaqqabı və dəri məmulatlarının satışı
  • qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
  • mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
  • kompüter avadanlıqlarının satışı və təmiri
  • elektronika və məişət texnikasının satışı
  • mebel satışı
  • avtomobil satışı
  • kimyəvi məhsulların satışı
  • gül və bitki məhsullarının satışı
  • kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
  • gübrə və aqrokimyəvi məhsulların satışı

Qeyd edək ki, Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Xəbərlər departamenti

Gündəm