Bu gündən ölkə ərazisində hava soyuyacaq
02.01.2020 07:56 Cəmiyyət

Bu gündən ölkə ərazisində hava soyuyacaq

Bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrdən arabir 20-23 m/s-dək güclənəcəyi, çiskin olacağı gözlənilir.

"MediaPost" ETSN-ə istinadən bildirir ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəratinin qeyri-sabit kecəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yanvarın 2-də və 3-də gündüz qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var

Xəbərlər departamenti

Gündəm