Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
24.12.2019 06:35 Təhsil

Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Təhsil Nazirliyindən Mediapost.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə bu ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Xəbərlər departamenti

Gündəm