“Bu həbs icra başçılarına ciddi bir siqnaldır”
19.12.2019 12:08 Gündəm

“Bu həbs icra başçılarına ciddi bir siqnaldır”

Mediapost.az-ın verdiyi xəbərə görə, A.İsmayılov qeyd edib ki, bu faktın özü hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir:

“Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən deyidi ki, kim qanun pozuntusuna yol verəcəksə, ciddi cəzalanacaq. Baş verən hadisə deyilənlərin tək sözdən ibarət olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu, artıq yerdə olan icra başçılarına ciddi bir siqnaldır".

Xatırladaq ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.

Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.

Xəbərlər departamenti

Gündəm