Bu il 259 azərbaycanlı gənc təhsil üçün xarici ölkələrə yola salınıb
15.11.2019 13:02

Bu il 259 azərbaycanlı gənc təhsil üçün xarici ölkələrə yola salınıb

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin, Rusiya, Latviya, Rumıniya və Qazaxıstan üzrə ayrılan təqaüd yerlərinə əsasən həyata keçirilib.

Təhsil Nazirliyindən Mediapost.az-a verilən məlumata görə, cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Xəbərlər departamenti

Gündəm