Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14.01.2021 15:24 Energetika

Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini həyata keçirən Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) Türkiyə və Avropa üçün gündəlik nəql gücü hazırda 32 mln kubmetr təşkil edir.

“MediaPost” xəbər verir ki, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Azərbaycan jurnalistləri ilə onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, TANAP-dan Türkiyə bazarı üçün bu il BOTAŞ-a 6 mlrd kubmetr, Trans-Adriatik boru kəmərinə (TAP), yəni Avropa bazarı üçün isə 6,2 mlrd kubmetr qaz ötürülməsi nəzərdə tutulur:

“Yəni bu il TANAP-la ümumilikdə 12,2 mlrd kubmetr qaz nəqli nəzərdə tutulur. TAP-ın sınaq işləri üçün  ötən ilin fevral ayından 70 mln kubmetr test qazı ötürülüb. 31 dekabr 2020-ci il tarixində - Avropaya tǝbii qaz axını başlamasının ilk günündə TAP vasitǝsi ilǝ Avropaya 10,9 mln kubmetr tǝbii qaz nəql edilib. Avropa üçün nəzərdə tutulan qazın həcmi tədricən artırılacaq".

O bildirib ki,  TAP-a ötürülən qazın həcmi  2022-ci ildən 10,5 mlrd kubmetrə yüksələrək plato səviyyədə olacaq.

 

Xəbərlər departamenti

Gündəm