Bu il Azərbaycanda baş verən yanğınlarda ölənlərin sayı açıqlanıb
28.04.2020 18:02 Hadisə

Bu il Azərbaycanda baş verən yanğınlarda ölənlərin sayı açıqlanıb

Bu ilin 3 ayında Azərbaycanda baş verən yanğınlarda 16 nəfər ölüb.

"MediaPost"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük statikstik məlumatlarında qeyd edilib.

Bildirilib ki, cari ilin 1-ci rübü əzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 624 olub.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% , xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Xəbərlər departamenti

Gündəm