Bu il Azərbaycanda nə qədər avtomobil istehsal olunduğu açıqlanıb
22.04.2020 08:28 İqtisadiyyat

Bu il Azərbaycanda nə qədər avtomobil istehsal olunduğu açıqlanıb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda 672 avtomobil istehsal olunub.

“MediaPost” xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Avtomobildən fərqli olaraq traktor istehsalı “ürək açan” deyil. Belə ki, göstərilən dövr ərzində ölkədə cəmi 85 ədəd traktor istehsal olunub. Bu göstərici ötən illə müqayisədə 72,8% azdır.

Xəbərlər departamenti

Gündəm