Bu il Azərbaycanda nə qədər avtomobil istehsal olunduğu məlum olub
Bu ilin yanvar ayında Azərbaycanda 192 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur.
“MediaPost” xəbər verir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8% artmışdır.