"Bu il beynəlxalq turizm olmayacaq" - İtaliyalı nazir
25.04.2020 13:00 Dünya

"Bu il beynəlxalq turizm olmayacaq" - İtaliyalı nazir

İtaliyanın Mədəniyyət və turizm naziri Dario Françesşini koronavirus böhranından ağır zərər görən sektoru və ailələri dəstəkləmək üçün bu yay vətəndaşlara tətil üçün əlavə ödənişlərin veriləcəyini açıqlayıb.

“MediaPost” “La Repubblica” qəzetinə istinadla xəbər verir ki, italyan nazir böhrandan ən çox zərər çəkən sektorun turizm olduğunu bildirib.

Françesşini beynəlxalq turizmin və ölkələrin sərhədlərinin nə zaman açılacağı ilə bağlı gözləntilərdən də danışıb:

“Bu epidemiyanın gedişatından və dövlətlərin seçimlərindən asılıdır. Dünən G20 turizm nazirləri ilə iclasa qatıldım, bazar ertəsi də Avropa Birliyi nazirləri ilə iclas keçirəcəyik. Yenidən açılış etməyi hər kəs istəyir, amma bu il beynəlxalq turizm olmayacaq. Bu səbəbdən daxili turizmə sərmayə yatırmaq məqsədilə İtaliya içərisində səyahət planı yarandı”.

Xəbərlər departamenti

Gündəm