“O səs Türkiyə” olmayacaq
15.10.2020 18:53 Şou-biznes

“O səs Türkiyə” olmayacaq

“O səs Türkiyə” yarışması bu il keçirilməyəcək.

“MediaPost” xəbər verir ki, bu barədə məşhur aparıcı Beyazıt Öztürk məlumat verib. O bildirib ki, pandemiya səbəbilə müsabiqə bir il ertələnib:

“İnsanlar yumor izləyib, əylənmək istəyirlər. Bununla bağlı çalışırıq”.

Qeyd edək ki, yarışma 2011-ci ildən yayımlanır. “O səs Türkiyə”də indiyədək Hadise, Murat Boz, Ebru Gündeş, Mustafa Sandal, Hülya Avşar, MFÖ qrupu, Yıldız Tilbe, Sibel Can, Seda Sayan, Beyazıt Öztürk və Gökhan Özoğuz jüri olub.

 

Pərviz Hüseyn

Gündəm