Bu ilin sonuncu Günəş tutulmasının tarixi açıqlanıb
09.12.2019 09:36 Gündəm

Bu ilin sonuncu Günəş tutulmasının tarixi açıqlanıb

Mediapost.az-ın AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən məlumatına görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlayacaq və 12:06-da yekunlaşacaq.

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.

Xəbərlər departamenti

Gündəm