Bu məhsullarımız Çində nümayiş olunacaq
04.11.2020 17:05 İqtisadiyyat

Bu məhsullarımız Çində nümayiş olunacaq

Sabahdan başlayaraq noyabrın 10-na qədər Çinin Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

"MediaPost" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərgidə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Könül Vəliyeva

Gündəm