Bu ölkədə COVID-19-a yoluxanların sayı 1,8 milyonu ötdü
04.08.2020 08:08 Gündəm Dünya

Bu ölkədə COVID-19-a yoluxanların sayı 1,8 milyonu ötdü

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 52 min 972 yoluxma qeydə alınıb. 

“MediaPost” Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 5 gündə ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olub. Ölkə üzrə ümumi yoluxma sayı 1,8 milyonu ötüb. 

Nazirlik COVID-19 virusuna yoluxmuş 771 nəfərin ötən gün öldüyünü, bununla da ölkədə koronavirus qurbanlarının sayının 38 min 135-ə çatdığını açıqlayıb.

 

Xəbərlər şöbəsi

Gündəm