Bu ölkədə ilk dəfə onlayn formada tunel açılışı baş tutub
23.04.2020 15:52 Dünya

Bu ölkədə ilk dəfə onlayn formada tunel açılışı baş tutub

Norveçdə dənizaltı tunelinin açılşı karantin rejiminə görə onlayn qaydada keçirilib.

“MediaPost” xarici KİV-ə istinadla xəbər verir ki, Norveçin Nəqliyyat naziri Knut Arild Hareyde açılış lentini kompüter qarşısında kəsməli olub. O, hazırkı dövrdə hər kəsin pandemiyaya meydan oxuyaraq yaradıcı çıxış yollarının tapmasının gərəkdiyini deyib.

Xatırladaq ki, Norveçdə 7 338 nəfər koronavirusa yoluxub, onlardan 189-u dünyasını dəyişib.

Onu da qeyd edək ki, Norveç bir neçə gün əvvəl epidemiyanı nəzarət altına aldığını açıqlayıb.

Xəbərlər departamenti

Gündəm