Bu ölkədə "korona cihad" deyərək müsəlmanlara hücum edirlər
15.04.2020 09:28 Dünya

Bu ölkədə "korona cihad" deyərək müsəlmanlara hücum edirlər

"MediaPost" xəbər verir ki, əhali bu nüansı əsas gətirərək müsəlmanlara hücum edir.

Bu barədə hindistanda yaşan ərəb gənc "Yeni Şafak"a açıqlama verib.

Gənc bildirib ki, bu ölkədə müsəlmanlara qarşı təzyiq yeni olmasa da, virusun yayılmasından sonra daha da artıb:

"Ötən həftələrdə ortada heç bir səbəb olmadan məscidi yandırıbar. Bir müsəlmanın koronavirus testinin nəticəsi müsbət çıxıb deyə, onun ətrafında olan insanları yoxlamadan həbs edib isgəncələrə məruz qoyublar. Sizi sevməyən hindistanlı bir qonşunuz varsa, gedib sizi polisə viruslusunuz deyə, şikayət edə bilər. O zaman test olunmadan həbs olunursunuz. Sizi müdafiə edəcək heç kim də olmur. Sosial mediada "korona cihad" həştəqi ilə Hindistanı müsəlmanlardan təmizləmək üçün kampaniya başladıblar. Bu kampaniyaya qoşulanlar müsəlmanlara sosial şəbəkələrdə hücum edirlər. Səlahiyyətli şəxslər də bunun qarşısını almaq üçün heç nə etmir. Və sən özünü heç bir şəkildə müdafiə edə bilmirsən".

Gənc əlavə edib ki, mediada müsəlmanlarla bağlı saxta videolar paylaşırlar:

"Hökuməti dəstəkləyən yerli kanallar efirlərdə videolar paylaşırlar ki, guya virusa yoluxan müsəlmanlar insanlara tüpürərək onları yoluxdurmağa çalışırlar. Lakin özləri bir ay əvvəl kütləvi ritual təşkil etdilər və bundan sonra yüzlərlə hindistanlı virusa yoluxdu. Hindistanlılarla bağlı mənfi mövzuları efirlərdə vermirlər".

Xəbərlər departamenti

Gündəm