Bu ölkədə koronavirusdan qorunmaq üçün pişik əti yeyilir
24.04.2020 15:00 Dünya

Bu ölkədə koronavirusdan qorunmaq üçün pişik əti yeyilir

Vyetnamda “The No To Dog Meat” (İt ətinə yox) Vəqfi bu ölkədə qara pişiklərin ətindən koronavirusa qarşı dərman kimi istifadə edildiyini açıqlayıb.

“MediaPost” “Star” qəzetinə istinadla xəbər verir ki, təşkilat ölkədə qara pişiklərin ödürülüb, dərisinin soyulduğu və günəşdə qurudulduqdan sonra qaynadılaraq məcun hazırlandığını bildirib.

Məlumatda bu prosesin paytaxt Hanoy şəhərində baş tutduğu və hazırlanmış məcunun internet vasitəsilə satıldığı qeyd edilib.

Vəqfin qurucusu Culia Kadenet koronavirus xəstəliyə qarşı “çarə” adı altında heyvanların öldürülməsinə icazə verilməməsinin gərəkdiyini deyib. O, Vyetnamda hələ də it və pişik əti yeyilməsinin geniş hal aldığını söyləyib.

Xatırladaq ki, bu vaxta qədər Vyetnamda 268 nəfər koronavirusa yoluxsa da, ölən olmayıb.

Xəbərlər departamenti

Gündəm