Bu ölkədə küçəyə çıxmaq yenidən qadağan edildi
05.08.2020 09:15 Gündəm Dünya

Bu ölkədə küçəyə çıxmaq yenidən qadağan edildi

Küçəyə çıxma qadağası iyun ayında sona çatan Filippində koronavirusa yoluxma hallarının artması səbəbi ilə qadağalar yenidən qüvvəyə minib.

“MediaPost”un məlumatına görə, Manila və Luzon adaları ətrafındakı 4 vilayətdə iki həftə boyunca küçəyə çıxmaq qadağan olunub. Yeni qayda çərçivəsində insanlar sadəcə zəruri qida ehtiyaclarını qarşılamaq və idman etmək üçün evdən çıxa biləcək. Restoranlar isə sadəcə paket xidməti üçün açıq olacaq. 

Qeyd edilib ki, bəzi bölgələrdə xəstə limiti dolan xəstəxanalar yeni yoluxma diaqnoz qoyulan xəstələri müalicə etməkdən imtina edib. 

Bununla yanaşı bir çox insan ictimai nəqliyyat vasitələrindən istifadənin də qadağan edilməsi səbəbi ilə paytaxtdan evlərinə qayıda bilməyib. 

Məlumat üçün bildirək ki, Filippində COVID-19 nəticəsində 2.115 nəfər ölüb, 112.593 nəfər virusa yoluxub.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm