Bu ölkədə məktəblər sentyabrda açılacaq
10.08.2020 12:53 Gündəm Dünya

Bu ölkədə məktəblər sentyabrda açılacaq

İngiltərədə koronavirusla mübarizə davam edərkən məktəblərlə bağlı yeni qərar verilib.

“MediaPost” xəbər verir ki, Baş nazir Boris Conson yayımladığı yazılı açıqlamada pandemiya səbəbi ilə İngiltərədə 20 martda bağlanan məktəblərin bütün şagirdlər üçün sentyabr ayında yenidən açılacağını açıqlayıb.

O, açıqlamasında bildirib ki, pandemiya bitmədi və ediləcək son şey buna laqeyd yanaşmaqdır: "Amma məktəblərin bütün şagirdlərə təhlükəsiz bir şəkildə yenidən açılmasına dair məlumatımız var və bunu etmək əxlaqi vəzifəmizdir”.

“Downing Street” tərəfindən verilən açıqlamada  şagirdlərin məktəbə getməməklə zehni sağlamlığına vurulan ziyanın virusdan daha çox olduğu bildirilib. Bundan başqa gələcəkdə daha qəti tədbirlər zamanı məktəblərin ən sonda bağlanacağı vurğulanıb.

Qeyd edək ki, İngiltərədə COVID-19 nəticəsində 46.574 nəfər ölüb, 310.815 nəfər isə virusa yoluxub.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm