Bu ölkədən koronavirus vaksini ilə bağlı müjdə: Kliniki təcrübələr tamamlandı
04.08.2020 11:25 Gündəm Dünya

Bu ölkədən koronavirus vaksini ilə bağlı müjdə: Kliniki təcrübələr tamamlandı

Bütün dünyada həyatı iflic edən koronavirus pandemiyasına qarşı hazırlanan vaksinlə bağlı Rusiyadan yaxşı xəbər gəlib.

“MediaPost” xəbər verir ki, bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko məlumat verib. O, açıqlamasında Qamaleya Epidemioloji və Mikrobioloji Elmi Araşdırma İnstitutunun hazırladığı COVID-19 vaksininin kliniki təcrübələrinin tamamlandığını ifadə edib. 

Muraşko qeydiyyat prosedurları üçün sənədlərin hazırlandığını bildirib.

Bundan başqa o, Virologiya və Biotexnologiya Dövlət Araşdırma Mərkəzi Vektoru tərəfindən hazırlanan başqa bir vaksinin də kliniki təcrübə mərhələsində olduğunu vurğulayıb. 

 

Xəbərlər şöbəsi

Gündəm