"Bu ölkəni dağıdıb 5 yerə böləcəklər"
"MediaPost" xəbər verir ki, sabiq prezident Ukraynanın fərqli bölgələrində oliqarxların öz ordularını yaratdıqlarını deyib.
"Bu insanlar rahatlıqla ölkəni tərk etməz. Onlar Ukraynanı 5 yerə bölmək üçün plan hazırlayıblar" - deyə Saakaşvili qeyd edib.
Xatırladaq ki, 2004-2013-cü illər arasında Mixail Saakaşvili ardıcıl iki dəfə Gürcüstanda prezident seçilib. 2015-ci ildə Ukraynanın Qubernatoru seçildikdən sonra Gürcüstan vətəndaşlığından çıxıb. 2017-ci ilə qədər Saakaşvilinin Ukrayna pasportu müsadirə olunub və ölkədən deportasiya edilib. Vladimir Zelenskinin 2019-cu ildə prezident seçilməsindən sonra Saakaşvilinin Ukraynadakı vətəndaşlığı bərpa edilib.
Qeyd edək ki, bundan öncə Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Ukraynanın ləğvi prosesinin başladığını bidirmişdi.
"MediaPost"