Bu rayon və şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılır
06.11.2020 15:10 İnfrastruktur

Bu rayon və şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılır

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Operativ Qərargahdan "MediaPost"a verilən məlumata görə, qərara əsasən, 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 

Könül Vəliyeva

Gündəm