Bu rayonlara qar yağmaqda davam edir - HAVA
24.02.2021 20:39 Gündəm

Bu rayonlara qar yağmaqda davam edir - HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 20:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir, Şəmkir, Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

Bu barədə "Mediapost"a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Şimal-qərb küləyi Bakıda 8-10 m/s, Abşeronda 16-20 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrdir.

Xəbərlər şöbəsi

Gündəm