Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək
07.02.2020 08:41 Təhsil

Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək

"Report" xəbər verir ki, bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.

F. Hacıyev deyib ki, çüsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: "Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər".

O qeyd edib ki, müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq: "Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək ”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm