Bu ştatda Baydenin səsləri yenidən hesablanacaq
06.11.2020 21:20 Dünya

Bu ştatda Baydenin səsləri yenidən hesablanacaq

"Corciyadakı səsvermənin nəticəsinin ölkəyə böyük təsirləri olacaq".

"MediaPost" TASS-a istinadən xəbər verir ki, bunu ştatın qubernator müavini Bred Raffensperqer yerli televiziya kanalına müsahibəsində deyib.

O bildirib ki, Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin lider olduğu Corciya ştatında səslər yenidən hesablanacaq:

"Artıq yerli seçki komissiyalarına müşahidəçilərin bülletenlərin sayılması üçün seçki məntəqələrinə buraxılması ilə bağlı açıq təlimat da verilib".

Xatırladaq ki, əvvəlki nəticələrə əsasən, Bayden həmin ştat üzrə 2 450 144 səs, Tramp isə 2 448 558 səs toplayıb.

Xəbərlər şöbəsi

Gündəm